İran Azərbaycana ticarət attaşesi göndərir


Siyasət 17 Apr 2021 13:33:00 122 0

İran Azərbaycana ticarət attaşesi göndərir

İran yaxın vaxtlarda Azərbaycan, Rusiya, Oman və Çinə ticarət attaşeləri göndərəcək.

Son.az Trend-ə istinadən bildirir ki, bunu İranın sənaye, mədən və ticarət nazirinin müavini və İranın Ticarət İnkişafı Təşkilatının sədri Həmid Zadbum deyib.

Sədr bildirib ki, Mehdi Babai İranın Azərbaycana ticarət attaşesi təyin olunub.

H.Zadbumun sözlərinə görə, Türkiyə, Pakistan və Hindistana ticarət attaşelərinin göndərilməsi də gündəmdədir.

Nazir müavini deyib ki, ticarət attaşesi olaraq göndərilən şəxslər ticarət fəaliyyətləri ilə əlaqədar təlimlər keçib, Ticarət İnkişafı Təşkilatının ixrac bazarlarının inkişafı idarəsində əlaqədar ölkələrlə 6 ay -1 il müddətinə çalışıblar.

O, əlavə edib ki, ticarət attaşelərinin xarici ölkələrdə olması və fəaliyyət göstərməsi ixrac üçün böyük əhəmiyyət daşıyır. Çünki iş adamları ticarət attaşelərinin köməyi ilə bazarları daha yaxşı tanıyır, ixracla əlaqədar xərcləri azalda bilir, məhsul ixracının artırılması üzrə onların məsləhətlərindən faydalanırlar.

Son.az