12 adanı qəsb etmisiniz, üstəlik Ankaraya gəlib...


Dünya 17 Apr 2021 10:34:00 117 0

12 adanı qəsb etmisiniz, üstəlik Ankaraya gəlib...

Sanki bizdən alacağınız varmış kimi gəlib Ankarada söz atmağa qalxırsınız. Ortada alacaq-verəcək məsələsi varsa, bizim alacaqlarımız hələ də qalmaqdadır.

Son.az Axar.az-a istinadən xəbər verir ki, bunu Türk Dünyası Həmrəylik və Yardımlaşma Dərnəyinin rəhbəri Xalid Kanak Dendiasın Ankaradakı ittihamına cavabında bildirib.

"Dünənə qədər 100 faiz türk torpağı olaraq bizə aid olan 12 adada, Kritdə və Kiprdə etdiyiniz qəsblər qapanmadı (onları sizdən deyil, venesiyalılardan almışıq). Bu gün qalxıb ərazi sularından, hava məkanından, mavi vətəndən danışırsınız", - X.Kanak vurğulayıb.

Qeyd edək ki, Ankarada keçirilən ikitərəfli görüşdən sonra mətbuat konfransında yunan nazirin "Türkiyə bizim suveren haqlarımızı pozarsa, sanksiyalar gündəmə gələcəkdir" fikri Çavuşoğlunun haqlı narazılığına və sərt reaksiyasına səbəb olmuşdu.

Son.az