Bakıda üç avtomobil toqquşdu,


Digərləri 17 Apr 2021 10:10:00 146 0

Bakıda üç avtomobil toqquşdu,

Bakıda üç avtomobil toqquşub.

Son.az xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində qeydə alınıb.

Qəza zamanı "Mercedes", "Lada" və "Opel" markalı avtomobillər toqquşub. Toqquşma zamanı xəsarət alan olmasa da, hər üç avtomobilə ciddi ziyan dəyib.

Hadisə yerinə DYP əməkdaşları gəlib və fakt araşdırılır.

Qəza nəticəsində həmin ərazidə tıxac yaranıb.