“Harri Potter”in ulduzu vəfat etdi


Digərləri 17 Apr 2021 10:14:00 259 0

“Harri Potter”in ulduzu vəfat etdi

"Harri Potter" və "Peaky Blinders"in ulduzu Helen Makkrori 53 yaşında dünyasını dəyişib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, aktrisa xərçəng xəstəliyi ilə mübarizə aparıb. Makkrorinin ölüm xəbərini aktyor həyat yoldaşı Demian Lyuis Tvitter hesabında yazıb.

Qeyd edək ki, Helen Makkrori "Harri Potter"də Narsissa Malfoy rolunda çəkilib.