Mahnıları könüllər oxşayan bəstəkar


Kriminal 16 Apr 2021 19:45:00 77 0

Mahnıları könüllər oxşayan bəstəkar

Bu gün Azərbaycanın unudulmaz bəstəkarı Ramiz Mirişlinin doğum günüdür

İllər ötür, zövqlər dəyişir, amma onun bəstələri heç zaman köhnəlmir, yaddan çıxmır. "Bir könül sındırmışam", "Dalğalar", "Könül verdim", "Sənsən ürəyim", "Səndən danışdı", "Mən sənə neyləmişəm", "Oxu, tar", "Səadət", "Səni sevən baxışlar"ı eşitməyən insan varmı? Bu mahnıları dinlədikcə şirin bir məlhəm kimi dodaqdan qəlbə süzülür...

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu gün bu mahnıların müəllifi, Azərbaycanın sevilən bəstəkarı Ramiz Mirişlinin anadan olmasından 87 il ötür.

Ramiz Mirişli 1934-cü il aprelin 16-da Naxçıvan şəhərində anadan olub. Asəf Zeynallı adına musiqi məktəbində oxuyan R.Mirişli 1956-1962-ci illərdə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında bəstəkarlıq ixtisası üzrə ali musiqi təhsili almışdır.

Geniş yaradıcılıq diapazonuna malik olan Ramiz Mirişli folklor və xalq musiqisindən, milli bəstəkarlıq məktəbi ənənələrindən məharətlə bəhrələnərək Azərbaycanın musiqi mədəniyyəti xəzinəsini öz əsərləri ilə daha da zənginləşdirmişdir.

Əminliklə deyə bilərik ki, Ramiz Mirişli yaradıcılığı boyu musiqinin bütün janrlarına müraciət edib. Müxtəlif janrlarda əsərlər yazan bəstəkar operettalar, kamera orkestri üçün simfoniyalar, simfonik poemalar, simfonik süitalar, kantatalar, səs və orkestr üçün vokal məcmuələr, fortepiano üçün süita və miniatürlər, teatr tamaşaları və kinofilmlərə musiqilərin müəllifidir.

Bir nüansı xüsusi qeyd etmək lazımdır ki, musiqinin bütün janrlarından məharətlə istifadə etsə də R.Mirişlini bir bəstəkar kimi xalqa daha çox tanıdan və sevdirən mahnı yaradıcılığı olub. Bəstəkar bu sevginin sirrini belə açmışdır: "Mahnı xalq tərəfindən sevilən janrdır. Yəqin bu, muğamatı yaxşı bilməyimdən irəli gəlir. Muğamat elə bir xəzinədir ki, bəstəkarlar ondan nə qədər götürsə də azalmır, əksinə, artır. Mənə elə gəlir ki, muğam ilahi tərəfindən səmadan göndərilmiş musiqidir. Bu, mükəmməl musiqini yaratmaq qeyri-mümkündür".

Ramiz Mirişlinin yaradıcılığı özünün təkrarsızlığı, bənzərsizliyi ilə seçilir. Onun musiqisi əsrarəngiz və bənzərsizdir. Onun mahnıları haqqında danışanda deyirlər ki, Ramiz Mirişli xalq ruhunda, xalq dilində yazan bəstəkarlardan olub. Mahnılarının uzunömürlü olmasının, daim dillərdə, könüllərdə səslənməsinin sirri də elə bundadır.

Bəstəkarın "Dalğalar" mahnısının 50 ildən çox yaşı var. Mahnının tarixi haqqında söz düşəndə, bəstəkar istər-istəməz keçmişə qayıdırdı: "Onda cavan oğlan idim. Konservatoriyada oxuyurdum. Tələbə dostlarımla tez-tez dənizə gedirdik. Həmin mahnı o illərdə yarandı. Şair İslam Səfərli ilə bir məhəllədə yaşayırdıq. Eşitmişdi ki, konservatoriyada oxuyuram, evinə çağırıb mənə "Dalğalar" adlı şeirini verdi. Mən də ona musiqi yazdım. Bu, mənim ilk professional mahnım oldu".

Tanınan və sevilən müğənnilərin demək olar ki, əksəriyyəti Ramiz Mirişli yaradıcılığına müraciət edib. Şövkət Ələkbərova, Zeynəb Xanlarova, Rəşid Behbudov, Flora Kərimova, İlhamə Quliyeva, Yaşar Səfərov, Elmira Rəhimova və sonrakı illər sənətə gələn müğənnilər onun həzin, qəlbəyatan mahnıları ilə şöhrətləniblər. Böyük bir nəsil onun mahnıları ilə yetişib.

Xalq arasında gözəl mahnı və romansların müəllifi kimi tanınan bəstəkarın "Oxu tar" (sözləri M.Müşfiqindir.), "Salam kür çayı" (sözləri C.Məmmədovundur) mahnıları meydana gəldiyi gündən dillər əzbəri olmuş, bəstəkara ümumxalq məhəbbəti qazandırmışdır.

Ramiz Mirişli Xalq şairi Fikrət Qocanın ən çox sevdiyi bəstəkarlardan biri idi. Fikrət Qoca sevimli bəstəkarı haqqında deyib: "Mən ilk mahnıları onunla 45 il bundan əvvəl yazmışam. Yeni nəsillər gəlir və hamısı da Ramiz Mirişlinin mahnılarını oxuyur. Bu, ancaq ona görədir ki, Ramiz çox milli bəstəkardır. Onun mahnılarında milli elementlər, milli folklor var. Bu da təbiidir. Çünki Ramiz musiqiyə kamança aləti ilə gəlib. O, kamança məktəbini qurtarıb. Sonra Konservatoriyada bəstəkarlıq sinfində oxuyub. Kamança həmişə onun ürəyinin yanında qalıb".

Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı üçün rəngarəng əsərlərin, mahnı, kino və dram musiqisi sahəsində yetkin əsərlərin müəllifi olan bəstəkar uzun müddət ictimai və pedaqoji fəaliyyətlə məşğul olmuş, Naxçıvan Muxtar Respublikasının Bəstəkarlıq təşkilatının sədri, həm də Dövlət Televiziya şirkətində musiqi şöbəsinin rəhbəri vəzifəsində çalışmışdır. 20 ildən artıq bir vaxtda isə Azərbaycan Dövlət Koservatoriyasında dərs demişdir.

Tanınmış bəstəkar 1982-ci ildə Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, 1974-cü ildə Naxçıvan MR-in Əməkdar incəsənət xadimi, 1990-cı ildə Azərbaycan Respublikasının Xalq artisti, 1993-cü ildə professor adını alıb. O, 14 aprel 2014-cü ildə "Şərəf" ordeni ilə təltif edilib.

2015-ci il aprelin 17-də vəfat edən Ramiz Mirişli ölümündən sonra da unudulmadı. Ustad musiqiçinin yaradıcılığı ölməzdir.

Avropa Xəbər Agentlikləri Alyansının Baş Assambleyası ilk dəfə onlayn formatda keçiriləcək  FOTO like
  • 16 Apr 19:40  
Digərləri Avropa Xəbər Agentlikləri Alyansının Baş Assambleyası ilk dəfə onlayn formatda keçiriləcək FOTO

Avropa Xəbər Agentlikləri Alyansının (EANA) Baş Assambleyası ilk dəfə o

arrow Ətraflı
Gürzənin hazırlanma qaydası like
  • 16 Apr 19:30  
Digərləri Gürzənin hazırlanma qaydası

Son.az "Ağababa Ağababa" youtube kanalına istinadən oxucularına n

arrow Ətraflı
Küçədə alt paltarı ilə gəzdi, kameraya çəkdilər  VİDEO like
  • 16 Apr 19:26  
Digərləri Küçədə alt paltarı ilə gəzdi, kameraya çəkdilər VİDEO

Sosial şəbəkələrdə yayılan video maraq doğurub.

arrow Ətraflı
"25 ildir bu sənətdə olan "ded" olaraq bu sözləri deyirəm" like
  • 16 Apr 19:19  
Şou-biznes "25 ildir bu sənətdə olan "ded" olaraq bu sözləri deyirəm"

"Nəsil dəyişdikcə yumora baxış dəyişir. Əvvəl yumorla məşğul o

arrow Ətraflı
Azərbaycanda peyvənd olunanların sayı açıqlandı  FOTO like
  • 16 Apr 19:17  
Digərləri Azərbaycanda peyvənd olunanların sayı açıqlandı FOTO

Bu gün Azərbaycanda 27 542 nəfərə vaksin vurulub.

arrow Ətraflı
Lalə Azərtaş ATVdən çıxmasından yazdı like
  • 16 Apr 19:16  
Şou-biznes Lalə Azərtaş ATVdən çıxmasından yazdı

Tanınmış aparıcı Lalə Azərtaş Xəzər televiziyasına keçməsindən yaz

arrow Ətraflı
5 kqa yaxın narkotikin Azərbaycana keçirilməsinin qarşısı alındı  FOTO like
  • 16 Apr 19:12  
Digərləri 5 kqa yaxın narkotikin Azərbaycana keçirilməsinin qarşısı alındı FOTO

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən dö

arrow Ətraflı
Günün yoluxma statistikası  32 nəfər öldü like
  • 16 Apr 19:11  
Digərləri Günün yoluxma statistikası 32 nəfər öldü

Azərbaycanda bu gün koronavirus infeksiyasına 2163 yeni yoluxma faktı qeyd

arrow Ətraflı
BakıTbilisiƏrzurum qaz kəməri ilə ixrac 50 faizdən çox artıb like
  • 16 Apr 19:09  
Digərləri BakıTbilisiƏrzurum qaz kəməri ilə ixrac 50 faizdən çox artıb

2021-ci il ilin yanvar-mart aylarında Azərbaycan Bakı-Tbilisi-Ərzurum qaz k

arrow Ətraflı
Həkimdən xəbərdarlıq: Uşaqlarınızda bu əlamətlər koronanın göstəricisidir  VİDEO like
  • 16 Apr 19:06  
Digərləri Həkimdən xəbərdarlıq: Uşaqlarınızda bu əlamətlər koronanın göstəricisidir VİDEO

Koronavirusa yoluxan uşaqlarda 4-6 həftə sonra MİS-C sindiromu yarana bilər

arrow Ətraflı
Nişanlı qıza təcavüz etdiyi deyilən taksi sürücüsünün oğlu: "O qadın atamla..."  FOTO like
  • 16 Apr 19:02  
Digərləri Nişanlı qıza təcavüz etdiyi deyilən taksi sürücüsünün oğlu: "O qadın atamla..." FOTO

Nişanlı qıza təcavüz etdiyi deyilən taksi sürücüsünün oğlu və həya

arrow Ətraflı
Hamı onu tənqid etsə də, Puqaçova dəstəklədi like
  • 16 Apr 18:59  
Şou-biznes Hamı onu tənqid etsə də, Puqaçova dəstəklədi

SSRİ və Rusiyanın Xalq artisti Alla Puqaçova ölkədə tənqidlərə məruz

arrow Ətraflı
654 nəfər Azərbaycandan deportasiya olundu like
  • 16 Apr 18:46  
Digərləri 654 nəfər Azərbaycandan deportasiya olundu

Ötən il ölkədə olma və yaşama qaydalarını pozan 6 377 əcnəbi müəyy

arrow Ətraflı