Günün yoluxma statistikası 32 nəfər öldü


Digərləri 16 Apr 2021 19:11:00 125 0

Günün yoluxma statistikası  32 nəfər öldü

Azərbaycanda bu gün koronavirus infeksiyasına 2163 yeni yoluxma faktı qeydə alınıb, 2251 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Son.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada 32 nəfər "COVID-19"dan vəfat edib.