"25 ildir bu sənətdə olan "ded" olaraq bu sözləri deyirəm"


Şou-biznes 16 Apr 2021 19:19:00 122 0

"25 ildir bu sənətdə olan "ded" olaraq bu sözləri deyirəm"

"Nəsil dəyişdikcə yumora baxış dəyişir. Əvvəl yumorla məşğul olan adamı efirə çıxarmaq üçün şura baxardı. Ələkdən keçirdilər, sonra efirə buraxılırdılar. Çünki televiziya da az idi. Hər kəs efirə çıxa bilməzdi. Bu da məsuliyyət idi. İndi məsuliyyət var? Çıxır efirə ağzına gələni danışır. Millət də yığışıb baxır. İndi çətindir".

Son.az axşam.az-a istinadən bildirir ki, bu sözləri yumor ustası Fərda Xudaverdiyev "Birə-bir" proqramında deyib. Aktyor yumor ustalarını tənqid edib:

"İndi deyirlər, özünü əz gülək. Bizim tamaşaçıları bəziləri çərçivədən çıxarıb. Bunlar da vayner və blogerlərdir. Küçə yumoru ilə məşğul olurlar. Əlində efir varsa, onu keyfiyyətli et. Gündə 3 dənə ağzına gələni çəkmə, bir dənə səviyyəlisin çək. 25 ildir bu sənətdə olan "ded" olaraq bu sözləri deyirəm. Onlar iki-üç gündür başlayıblar. Tarixdə qalmaq istəyirlərsə, keyfiyyətli yumorla məşğul olsunlar. Sənə 500 min insan baxır? Özün özünə kənardan baxa bilmirsənsə, külək səni aparacaq.

Bəzən tanıdığın biri elə bir video atır ki... Baxırsan ki, buna nə deyim? Necə bunu silim? Axı bununla başqa söhbətlər edirdik. İnsanlar çox dəyişiblər".