Hamı onu tənqid etsə də, Puqaçova dəstəklədi


Şou-biznes 16 Apr 2021 18:59:00 156 0

Hamı onu tənqid etsə də, Puqaçova dəstəklədi

SSRİ və Rusiyanın Xalq artisti Alla Puqaçova ölkədə tənqidlərə məruz qalan Manijanı dəstəkləyib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, rus estradasının primadonnası gənc ifaçının "Russian woman" mahnısının "Avroviziya" formatına uyğun olduğunu qeyd edib.

"Manija bir şəxsiyyətdir. İfa etdiyi mahnı isə "Avroviziya" üçün oxunub. Bir rus qadının imicinə xələl gətirilməyib. Mən olsaydım, mahnının girişinə kiçik əlavə edərdim: "Ümumiyyətlə, mən heç nə almayacağımı bilirəm, amma bir rus qadınıyam, hər şeyə tüpürürəm" ilə başlayardım. Belə bir mətn əla olardı".

Qeyd edək ki, "Russian woman" adlanan mahnı Rusiya ictimaiyyətində birmənalı qarşılanmayıb və hətta bir sıra şəxs bəstənin ləğv olunması üçün hüquq-mühafizə orqanlarına müraciət edib. Rusiya İstintaq Komitəsi şikayət daxil olduqdan sonra mahnı barədə istintaq başladıb.