Özəl klinikalarda spermanın qiyməti 12 min dollara çatır


Dünya 16 Apr 2021 10:49:00 136 0

Özəl klinikalarda spermanın qiyməti 12 min dollara çatır

İsveç kəskin sperma qıtlığı ilə üzləşib. Səbəb də odur ki, potensial donorlar koronavirus pandemiyası səbəbindən xəstəxanalara gəlməkdən ehtiyat edirlər.

Son.az reuters-ə istinadən xəbər verir ki, Geteborq xəstəxanasının şöbə rəisi həyəcanla "bizdə sperma qurtarır, indiki kimi az sayda donorumuz olmayıb" deyib.

Qıtlıq ona gətirib çıxarıb ki, sperma gözləyənlərin sayı kəskin şəkildə artıb. Özəl klinikalarda spermanın qiyməti 12 min dollara çatır ki, bu da onu bir çoxları üçün əlçatmaz edir.