“8 Noyabr“ prospektində yenidənqurma


Digərləri 16 Apr 2021 10:04:00 121 0

“8 Noyabr“ prospektində yenidənqurma

Bakının "8 Noyabr" prospektindəki işıq dirəklərinin dəyişdirilməsinə başlanılıb.

Prospektin əsasən sərt döngələrində indiyə qədər 50-yə yaxın işıq dirəyi yenisi ilə əvəzlənib və yenidənqurma işlərinin bir həftə ərzində davam edəcəyi gözlənilir. Son.az REAL TV-yə istinadən xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Ayaz Hüseynov deyir ki, qurum tərəfindən yenilənmə işləri üçün bütün lazımi hazırlıqlar görülüb: Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyəti, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ilə birgə gələcəkdə baş verə biləcək qəza halları zamanı dirəklər zədələnməsin deyə, prospekt boyunca yerləşən səkilərdə struktur dəyişikliyini etməyi planlaşdırır.