Killer Mətləb Sultanov “Kürən Albert”i düz bir il izləyib,


Kriminal 15 Apr 2021 16:41:00 207 0

Killer Mətləb Sultanov “Kürən Albert”i düz bir il izləyib,

Aprelin 12-də Moskvanın Aviasiya küçəsində yerləşən "Al Yelkən" elit yaşayış kompleksinin fitnes zalında "Albert Rıjiy" ("Kürən Albert"), "Alik Gəncinski" ləqəbləri ilə tanınan azərbaycanlı kriminal avtoritet Əli Heydərovu güllələyən killer Mətləb Sultanov düz bir il onu təqib edib. Və sifarişçidən əmr gözləyib.

Killer "Al yelkən" kompleksində mənzil kirayələyib və kompleksin fitnes-klubuna üzv yazılıb, hansı ki, Əli Heydərov müntəzəm olaraq orada idmanla məşğul olurdu. Sultanov sifarişçilərdən komanda gözləyib və qətl üçün əlverişli məqam seçib. Üstəlik bu müddət ərzində öz şəxsi həyatını da qurub, kirayə mənzildə sevgilisi ilə yaşayıb. Ona özünü biznesmen kimi təqdim edib, fitnes-mərkəzinə qadınla  birlikdə gedib evə nadir hallarda baş çəkib. Qadın bildirib ki, Mətləb Sultanov messencerlərdəki yazışmaları silirdi və fotosunu çəkməyə icazə vermirdi. Hazırda o, öz dostundan uşaq gözləyir.

Mətləb Hüseynov qurbanını təqib etdiyi müddətdə sifarişçidən iri məbləğdə pul alıb və həmin pula xərclərini ödəyib. Ehtiyat üçün Moskvanın başqa səmtində də mənzil kirayələyib. O, aprelin 14-də həmin mənzildə yaxalanıb.

Saxlanılarkən "Kürən Albert"i onu telefonda söydüyü üçün öldürdüyünü deyib, lakin bu versiya müstəntiqlər üçün inandırıcı deyil. O, hələlik sifarişçinin adını çəkmir. Bəzi məlumatlara görə, "Albert Rıjiy" "Lotu Quli"nin ölümünü sifariş verdiyi üçün öldürülə bilərdi, lakin kriminal dairələrə yaxın mənbələr deyirlər ki, bu ağlabatan deyil. Çünki Əli Heydərov "Lotu Quli"nin qətlini sifariş verəcək qədər nüfuzlu biri deyildi.

İstintaq isə hesab edir ki, "Kürən Albert"in öldürülməsində "Lotu Quli"nin qardaşı "Namiq Bakinski" maraqlı ola bilərdi. Onun azı iki motivinin olması mümkündür. Belə ki, "Namiq Bakinski" qardaşının qətlini "Kürən Albert"in və "Badri Kutaisski"nin sifariş verdiyini düşünür. Bundan əlavə, Əli Heydərov ötən ilin iyununda həbsdən çıxandan sonra Moskvadakı meyvə-tərəvəz bazaları üzərində nəzarətə iddia edib, o cümlədən "Food City"ni özünə tabe etdirmək istəyib. Bu da "Namiq Bakinski"nin xoşuna gəlməyib.

Əli Heydərovun arvadı Olqa "Moskovskiy Komsomolets"ə deyib ki, ərinin işlərindən məlumatlı deyildi, onunla ancaq ailə məsələlərini müzakirə edirdi. Və Heydərovun öldürülməsini kimin sifariş verə biləcəyi haqda anlayışı yoxdur. Mətləb Sultanovu isə ilk dəfədir görürlər və ərinin onunla hər hansı tanışlığı olmayıb.