Gürcüstanda qəza törədib Azərbaycanda gizlənən şəxs təhvil verildi


Digərləri 15 Apr 2021 16:21:00 119 0

Gürcüstanda qəza törədib Azərbaycanda gizlənən şəxs təhvil verildi

Milli qanunvericiliyin və tərəfdar çıxdığımız beynəlxalq müqavilələrin, o cümlədən "Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında" Minsk Konvensiyasının tələblərinə əsasən Gürcüstan Baş Prokurorluğunun Azərbaycan Respublikası Baş Prokurorluğu ilə ikitərəfli münasibətlər çərçivəsində Gürcüstan Respublikasının ərazisində cinayət törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsindən ötrü Gürcüstan Respublikasının hüquq mühafizə orqanlarına təhvil verilməsi barədə Azərbaycan Respublikası Baş Prokurorluğuna sorğu daxil olub.

Baş Prokurorluqdan Son.az-a verilən məlumata görə, Gürcüstan Respublikasının vətəndaşı, Gürcüstan Respublikası Cinayət Məcəlləsinin 276-cı maddəsinin 7-ci hissəsi (iki və daha çox şəxsin ölümünə səbəb olan yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması) təqsirləndirilən Əliyev İlyas Qəzənfər oğlunun - 23.05.2018-ci il tarixində Gürcüstanın Marneuli şəhərindən Bolnisi şəhərinə gedən yolda idarə etdiyi nəqliyyat vasitəsinin istismarı qaydasını pozması nəticəsində yol-nəqliyyat hadisəsi törətməsi nəticəsində iki şəxsin ölümünə səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.

Rustavi şəhər məhkəməsinin 17.12.2020-ci il tarixli hökmü ilə İlyas Əliyev 8 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

İlyas Əliyev barəsində beynəlxalq axtarış elan edilib.