Homoseksual olduğunu etiraf etdi Qalmaqal


Digərləri 15 Apr 2021 13:54:00 141 0

Homoseksual olduğunu etiraf etdi  Qalmaqal

"The Bachelor" realiti şousunun Amerika versiyasının ulduzu Colton Undervud homoseksual olduğunu etiraf etdi.

Son.az lenta.ru-ya istinadən xəbər verir ki, səhər verilişi "Good Morning America" efirində bu etirafını edib. Proqramın bir parçası Twitter-də mövcuddur. "Uzun müddət özümdən qaçdım, özümə nifrət etdim. Mən geyəm və bu ilin əvvəlində onunla barışdım. Növbəti addım insanlara bu barədə məlumat vermək idi" deyə 29 yaşlı gənc bildirib.

Eyni zamanda rahatlandığını da əlavə edib. Homoseksuallığı ilə qürur duyaraq qəlbini qazanmaq üçün real şoulara gələn qızlardan bağışlanma da istəyib.

Kamran Son.az