Niyaməddin Musayev təkzib etdi "Xəstəxanadayam"


Şou-biznes 15 Apr 2021 12:39:00 149 0

Niyaməddin Musayev təkzib etdi  "Xəstəxanadayam"

Xalq artisti Niyaməddin Musayev hələ də xəstəxanada olduğunu açıqlayıb.

Son.az axşam.az-a istinadən xəbər verir ki, bu haqda müğənni aparıcı Mətanət Əliverdiyevanın "6/8 axşam şousu"na telefonla zəng edərək deyib. O bildirib ki, xəstəxana onunla bağlı yalan açıqlama yayıb:

"Hələ də xəstəxanadayam. Evə buraxılmamışam. Yalandır. Məni gah öldürdülər, gah diriltdilər".

Qeyd edək ki, N.Musayev koronavirusa yoluxub. O, Mərkəzi Nefçilər Xəstəxanasına yerləşdirilib.