Zelenski ermənini vətəndaşlıqdan çıxardı


Dünya 15 Apr 2021 12:14:00 141 0

Zelenski ermənini vətəndaşlıqdan çıxardı

Ukrayna Prezidenti Vladimir Zelenski üç nəfərin Ukrayna vətəndaşlığından məhrum edilməsi haqqında fərman imzalayıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "RBC" Ukrayna Prezident Ofisindəki mənbələrə istinadən məlumat verib.

"Qərar verildi. Sonra sənədlər Milli Təhlükəsizlik və Müdafiə Şurasına, Xarici İşlər Nazirliyinə, Miqrasiya Xidmətinə göndərildi",- deyə məlumatda qeyd olunub.

Sözügedən 3 şəxsin Ukrayna vətəndaşlığından məhrum olmaları digər dövlətlərin vətəndaşlığına sahib olmaları ilə əlaqədardır: Vadim Alperin (İsrail vətəndaşlığı), Arayik Amirhanyan (Ermənistan vətəndaşı) və Aleksandr Yerimiçuk (Rumıniya vətəndaşı).

Onlardan ikisinin qaçaqmalçılıqda təqsirləndirildiyi vurğulanıb.

Qeyd edək ki, 2 apreldə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası ölkədəki 10 əsas qaçaqmalçıya qarşı şəxsi sanksiyaların tətbiq olunmasına qərar verib.