Bərpa olunan enerji sahəsinin inkişafı


Digərləri 15 Apr 2021 11:39:00 147 0

Bərpa olunan enerji sahəsinin inkişafı

Energetika nazirliyi ilə IFC arasında anlaşma memorandumu imzalanıb.

Son.az REAL TV-yə istinadən xəbər verir ki, Azərbaycanda bərpa olunan enerji sahəsinin inkişafı məqsədi ilə dənizdə külək enerjisi resursundan istifadə üzrə əməkdaşlığa dair Energetika Nazirliyi ilə Dünya Bankı Qrupunun üzvü Beynəlxalq Maliyyə Korporasiyası (IFC) arasında Anlaşma Memorandumu imzalanıb.

Xatırladaq ki,Bərpa olunan enerji dövlət başçısı cənab İlham Əliyev tərəfindən 2030-cu ilə qədər Azərbaycanın sosial-iqtisadi və şaxələndirilmiş yeni inkişaf kursunun, eləcə də təmiz ətraf mühitə nail olmağın mühüm prioritetlərindən biri kimi müəyyənləşdirilib.

Bu memorandum Energetika Nazirliyi və Beynəlxalq Maliyyə Korporasiyasının ölkəmizdə bərpa olunan enerji mənbələrindən istifadənin təşviqi, həmçinin energetika sektorunun maliyyə davamlılığı və səmərəliliyinin artırılması üçün bu sahədə özəl sektorun iştirakının dəstəklənməsi kimi ümumi məqsədlər kontekstində imzalanıb.

Qeyd edək ki, Azərbaycan 100-dən çox ölkədə fəaliyyət göstərən Beynəlxalq Maliyyə Korporasiyasına 1995-ci ildən üzvdür.