"Sözlərimə çox diqqət edilməsini istəmirəm"


Şou-biznes 15 Apr 2021 09:24:00 137 0

"Sözlərimə çox diqqət edilməsini istəmirəm"

Hazırda "Masumiyet" serialında baş rolları paylaşan aktrisa İlayda Alişan ilə aktyor Serkay Tütüncü "YouTube"da yayımlanan proqramda izləyicilərin suallarını cavablandırıblar.

Son.az axşam.az-a istinadən xəbər verir ki, onlar məşhur olmağın mənfi tərəflərindən danışıblar.

Aktrisa "Sərbəst deyilsən, hər an hərəkətlərinə fikir verməlisən" söyləyib.

S.Tütüncü isə "Danışdıqlarımızın çox mübahisəyə səbəb olmasını sevmirəm. Sözlərimə çox diqqət edilməsini istəmirəm" deyə, fikrini bildirib.