Çində koronavirusla bağlı son vəziyyət açıqlandı
Dünya 15 Apr 2021 09:19:00 146 0
Çində son sutka ərzində 10 nəfərdə koronavirus aşkarlanıb, ölən olmayıb. Son.az bildirir ki, bu barədə "worldometers.info"da məlumat verilib.
Bununla da ölkədə koronavirusa yoluxanların sayı 90 457-yə yüksəlib, ölənlərin sayı əvvəlki kimi 4 636-dır. Ümumilikdə 85 524 xəstə sağalıb.
Ölkədə 297 aktiv koronavirus xəstəsi var ki, onlardan da 5-nin vəziyyəti ağır qiymətləndirilir.
Mənbə: milli.az