Yeni doğulan körpələrin yarıdan çoxu oğlandır


Digərləri 14 Apr 2021 16:31:00 117 0

Yeni doğulan körpələrin yarıdan çoxu oğlandır

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin ilk iki ayı ərzində Azərbaycanda 20984 doğulmuş körpə qeydə alınıb və əhalinin hər 1000 nəfərinə bu göstərici 13,0 təşkil edib.

Son.az-ın məlumatına görə, doğulanların 53,2 faizi oğlan, 46,8 faizi isə qız uşaqlarıdır.

Körpələrdən 510-u əkiz, 9-u isə üçəm doğulanlardır.

2021-ci ilin yanvar-fevral aylarında ölkədə 13338 ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 8,2 təşkil edib.