Bakıda nəcib iş başlayır bu uşaqlar unudulmadı


Kriminal 14 Apr 2021 16:40:00 76 0

Bakıda nəcib iş başlayır  bu uşaqlar unudulmadı

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının "İnklüziv teatr layihəsi" BMT-nın təhsil, elm və mədəniyyət məsələləri üzrə təşkilatı - YUNESKO tərəfindən "Üzv dövlətlərin fəaliyyəti ilə bağlı 2020-2021-ci illər üçün İştirak Proqramı" çərçivəsində qəbul edilib. YUNESKO-nun baş katibliyi bu layihənin həyata keçirilməsinə nəzarəti təmin etmək üçün beynəlxalq qurumun Azərbaycandakı nümayəndəliyinə öz tövsiyələrini verib.

Layihənin əsas məqsədi ölkədə eşitmə və nitq qabiliyyəti olmayan, sağlamlıq imkanları məhdud uşaqları, eləcə də yeniyetmə və gəncləri bədii yaradıcılığa cəlb etməkdən ibarətdir. Akademik Musiqili Teatrın yaradıcı mütəxəssisləri tərəfindən aktyor sənəti, rəqs, bədən dili və sair istiqamətlərdə məşğələlərin keçirilməsi, sonda isə həmin uşaqların iştirakı ilə teatr tamaşasının hazırlanması nəzərdə tutulur.

Layihə rəhbəri, Akademik Musiqli Teatrın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev bu barədə daha geniş məlumat verib: "Ölkəmizdə sağlamlıq imkanları məhdud olan uşaqların hərtərəfli inkişafı, sosial reabilitasiyası, onlara lazımi bacarıq və biliklərin aşılanması dövlətimiz üçün prioritet məsələlərdəndir. Son illər belə uşaqların sosial təminatı ilə bərabər, onların bədii yaradıcılığa cəlb edilməsi, istedad və qabiliyyətlərinin üzə çıxarılması istiqamətində də çoxsaylı layihələr həyata keçirilir. Teatrımız dəfələrlə belə layihələrin iştirakçısı və təşkilatçısı olmuşdur. Lakin, çox təəssüf ki, eşitmə və nitq qabiliyyəti olmayan sağlamlıq imkanları məhdud uşaqlar, bəzi obyektiv səbəblərdən müəyyən layihələrdən kənarda qalırlar. Belə halları nəzərə alaraq bu kateqoriyadan olan uşaqları, yeniyetmə və gəncləri teatrın nəzdində yaradılan inklüziv teatr studiyası ətrafında birləşdirməyi qərara almışıq. Bu şəxslərin bədii yaradıcılığa cəlb olunmaları, teatr, rəqs, sirk və sair sənət növlərinə məxsus ifadə vasitələrinə yiyələnmələri, onların bədii zövqünün formalaşması, istedadlarının üzə çıxarılması, mənəvi dünyalarının zənginləşməsi üçün bizim studiyamız əvəzedilməz vasitə ola bilər. Məşqlər teatrımızın təcrübəli aktyorları tərəfindən keçiriləcəkdir. Ümid edirəm ki, beynəlxalq layihə kimi YUNESKO tərəfindən təsdiq edilmiş bu işimiz özünü yaxın zamanlarda doğruldacaq, ətrafına çoxlu istedadlı gəncləri toplayacaq və bu kollektiv gələcəkdə dünyanın müxtəlif ölkələrində keçirilən festivallarda ölkəmizi layiqincə təmsil edəcəkdir".

Dünyanı gəzən ev  FOTOSESSİYA like
  • 14 Apr 16:37  
Digərləri Dünyanı gəzən ev FOTOSESSİYA

Pandemiya ilə daha çox təcrid oluna biləcəyimiz və təbiətdə olduğumuz

arrow Ətraflı
Ramanada şəhid ailələrinə mənzillər verildi  FOTO like
  • 14 Apr 16:35  
Digərləri Ramanada şəhid ailələrinə mənzillər verildi FOTO

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Sabunçu rayonu,

arrow Ətraflı
Günün yoluxma statistikası açıqlandı like
  • 14 Apr 16:34  
Digərləri Günün yoluxma statistikası açıqlandı

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2293 yeni yol

arrow Ətraflı
Yeni doğulan körpələrin yarıdan çoxu oğlandır like
  • 14 Apr 16:31  
Digərləri Yeni doğulan körpələrin yarıdan çoxu oğlandır

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən car

arrow Ətraflı
Könül Xasıyevadan sevgi etirafı  Onun üstündə qızlarla dava edirdik like
  • 14 Apr 16:24  
Şou-biznes Könül Xasıyevadan sevgi etirafı Onun üstündə qızlarla dava edirdik

Xalq artisti Könül Xasıyeva " Söhbət var" verlişində qonaq olar

arrow Ətraflı
Rusiyanın Türkiyə ilə bağlı qərarı 500 mindən çox turistə ziyan vurdu like
  • 14 Apr 16:18  
Dünya Rusiyanın Türkiyə ilə bağlı qərarı 500 mindən çox turistə ziyan vurdu

Rusiyanın Türkiyə və Tanzaniyaya müntəzəm uçuşları dayandırması turi

arrow Ətraflı
Hərbi Qənimətlər Parkına hansı marşrut avtobusları gedir?  BNA açıqladı like
  • 14 Apr 16:14  
Digərləri Hərbi Qənimətlər Parkına hansı marşrut avtobusları gedir? BNA açıqladı

Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxtda yaradılan Hərbi Qənimətlər Park

arrow Ətraflı
Gəzməyə çıxan koronavirus xəstələri xəstəxanaya aparıldı like
  • 14 Apr 16:12  
Digərləri Gəzməyə çıxan koronavirus xəstələri xəstəxanaya aparıldı

Küçədə saxlanılan koronavirus xəstələri xəstəxanaya yerləşdirilib.

arrow Ətraflı
Ukrayna Krımla sərhəddə hərbi təlimlərə başladı like
  • 14 Apr 16:08  
Dünya Ukrayna Krımla sərhəddə hərbi təlimlərə başladı

Ukrayna Krım sərhədləri boyunca genişmiqyaslı hərbi təlimlərə başlay

arrow Ətraflı
Paşinyan: Azərbaycanla əlaqələr qurmalıyıq like
  • 14 Apr 16:06  
Digərləri Paşinyan: Azərbaycanla əlaqələr qurmalıyıq

Ermənistan baş naziri Nikol Paşinyan parlamentdə etdiyi çıxışda azərbay

arrow Ətraflı
Yulğun kollarının məhv edilməsi ilə bağlı iş prokurorluğa göndərildi like
  • 14 Apr 16:02  
Digərləri Yulğun kollarının məhv edilməsi ilə bağlı iş prokurorluğa göndərildi

Kür çayının Bərdə rayonu ərazisindən keçən hissəsində, ada adlanan

arrow Ətraflı
Yeni serial bu tarixdə başlayır like
  • 14 Apr 15:59  
Şou-biznes Yeni serial bu tarixdə başlayır

Baş rollarında aktyorlar Erdal Beşikçioğlu və Nur Fettahoğlunun çəkildi

arrow Ətraflı
Türkiyə parlamentində Ermənistanın Azərbaycana hücumu müzakirə ediləcək like
  • 14 Apr 15:56  
Dünya Türkiyə parlamentində Ermənistanın Azərbaycana hücumu müzakirə ediləcək

Türkiyə Böyük Millət Məclisinin İnsan Haqlarını Araşdırma Komissiyas

arrow Ətraflı
İrəvanda maska taxmaq üstündə adam bıçaqlandı  FOTO like
  • 14 Apr 15:52  
Digərləri İrəvanda maska taxmaq üstündə adam bıçaqlandı FOTO

Ermənistanda marşrut avtobusunda sərnişin qətlə yetirilib.

arrow Ətraflı