Kiyevdə sərt karantin rejiminin müddəti uzadılıb


Dünya 14 Apr 2021 16:44:00 130 0

Kiyevdə sərt karantin rejiminin müddəti uzadılıb

Ukraynanın paytaxtı Kiyevdə koronavirus pandemiyası ilə bağlı sərt karantin rejiminin müddəti daha iki həftə uzadılıb.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Kiyev şəhərinin meri Vitali Kliçko bildirib.

Onun sözlərinə görə, paytaxt ərazisində mövcud olan sərt karantin rejimi aprelin 30-dək davam edəcək.

Qeyd edək ki, son günlər Ukraynada koronavirusa yoluxanların sayında kəskin artım müşahidə olunur.

Son iki gün ərzində ölkədə 25 mindən çox yoluxma qeydə alınıb.