Moody’s Bank Respublikanın reytinq üzrə proqnozunu iki pillə birdən yüksəltdi


Digərləri 14 Apr 2021 15:15:00 138 0

Moody’s Bank Respublikanın reytinq üzrə proqnozunu iki pillə birdən yüksəltdi

Moody's Beynəlxalq reytinq agentliyi, "Bank Respublika"nın reytinq üzrə proqnozunu iki pillə birdən yüksəldərək "Pozitiv" dərəcəsinə qaldrıdı, eləcə də yerli və xarici valyutada uzunmüddətli öhdəliklər reytinqini təsdiqlədi.

Agentliyin analitikləri reytinq üzrə proqnozun yüksəlməsini Bankın pandemiya dövründə kredit portfelinin sağlam olması ilə əlaqələndirir. Bank Respublikada kredit risklərinin idarəedilməsinin yüksək standartları sayəsində pandemiya və karantin tədbirlərinin bankın kredit portfelinə təsiri çox az səviyyədə olmuşdur.

Reytinq üzrə proznozun dəyişməsi ümumi biznes mühitindəki müsbət dəyişikliklər fonunda Bankın kredit qabiliyyətinin inkişafını əks etdirir. Moody's həmçinin qeyd edir ki, Bankın problemli kreditlər əmsalı stabil aşağı səviyyədə qalacaq.

Bank Respublika 1992-ci ildə yaradılıb və Azərbaycanın aparıcı beş bankından biridir. Bankın səhmdarları arasında Almaniyanın ən böyük maliyyə qurumları - DEG İnvestisiya Korporasiyası (KfW və SIDT bank qrupunun üzvü) və Sparkassen International Development Trust (Sparkassen-Finanzgruppe maliyyə qrupunun üzvü) var.