Qız doğma atasını intim münasibətə razı saldı,


Dünya 14 Apr 2021 12:59:00 108 0

Qız doğma atasını intim münasibətə razı saldı,

Avstraliyanın Kvinslend ştatında 20 yaşlı qız 47 yaşlı atasını onunla intim münasibətdə olmağa razı salıb. Nəticədə hər ikisi həbs olunub.

Son.az big.az-a istinadən bildirir ki, 15 il bir-birini görməyən ata və qız 2019-cu ildə münasibətlərini bərpa edərək "Facebook"da yazışmağa başlayıblar.

Onların danışıqları tez bir zamanda seksual xarakter alıb.

Prokurorun sözlərinə görə, ilkin təşəbbüsün kim tərəfdən edildiyi məlum deyil, lakin kişinin qızı "yoldan çıxardıb" manipulyasiya etdiyinə dair heç bir əlamət yoxdur.

Nəticədə ata və qızı görüşmək qərarına gəliblər. Kişi qızının dalıyca İspviç şəhərinə gələrək onu Qold-Kost şəhərinə aparıb. Burada onlar oteldə qalıblar. Görüş ərzində "cütlük" iki dəfə intim münasibətdə olub. Hakimin gəldiyi nəticəyə görə, münasibətdə heç bir zorakılıq olmayıb, hər iki tərəf könüllü olaraq bu işi görüb, hətta qızın özü müəyyən dərəcədə təşəbbüskarlıq göstərib.

Ayrıldıqdan sonra qız yenidən atası ilə görüşməyi planlaşdırıb. O, həmçinin yazışmalarının ekran görüntüsünü kişinin bacısına da göndərib.

Aprelin 12-də ata bir illik həbs cəzasına məhkum olunub. Qız isə həmin vaxt artıq həbsdə olub: 2020-ci ildə o, qan qohumuyla cinsi əlaqədə olduğu üçün və bir sıra digər seksual cinayətlər səbəbindən 3 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, oxşar hadisə 2019-cu ildə ABŞ-da da baş verib. Burada 40 yaşlı kişi 21 yaşlı qızı ilə evlənib. Qızın sözlərinə görə, o, bacısı ilə kimin daha tez atasını "yoldan çıxaracağına" dair mərc etdiyi üçün bu addımı atıb.

Son.az