Serialın iki ulduzu koronavirusa yoluxdu,


Şou-biznes 14 Apr 2021 12:44:00 98 0

Serialın iki ulduzu koronavirusa yoluxdu,

Kanal D-də yayımlanan məşhur "Sadakatsiz" serialının iki ulduzu koronavirusa yoluxub.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, Melis Sezen (Derin) və Alp Akarda (Ali) "COVID-19" aşkarlanıb. Ev şəraitində müalicə olunan iki tanınmış simanın vəziyyətinin ağır olmadığı açıqlanıb.

Onların virusa yoluxması serial çəkilişlərinin dayandırılması ilə nəticələnib.

Serial bu həftə yayımlansa da, növbəti bölümün tamaşaçı qarşısına çıxıb-çıxmayacağı sual altındadır.

Qeyd edək ki, bir neçə gün əvvəl serialda Haluk obrazını canlandıran aktyor Burak Sergenin halı anidən pisləşib və o, reanimasiyaya yerləşdirilib.