"Yoldaşım çox qısqancdır, ildə iki dəfə küsüb gedirəm"


Şou-biznes 14 Apr 2021 12:29:00 133 0

"Yoldaşım çox qısqancdır, ildə iki dəfə küsüb gedirəm"

"Ulduzam, fərqliyəm. Niyə özümə deyim, sadəyəm, mən kiməm? Sənət adamları fərqlidir, seçilir və sevilir. Deyim, milyonlarım var, ulduz həyatı yaşayıram, yox. Amma özümə görə həyatım var. Zümrüdəm, məndən bir də olmayacaq. Bir insanı hər kəs sevə bilməz. Bir insanı hər zaman ya sevirlər, ya nifrət edirlər. Ortası olmayacaq".

Son.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aktrisa Zümrüd Qasımova "Youtube"da yayımlayan "Hardan başlayım" layihəsində deyib. Xərçəngdən əziyyət çəkən sənətçi həyatından bəhs edib:

"Sənətə gələndən risklər etdim, başqa aktrisaların etmədiyini etdim: iddialı, açıq, cəsarətli səhnələr oldu. Amma çox şey edə bilərdim, daha məşhur ola və onunla pul qazana, gözəl şəraitdə yaşaya, lüks maşınım və həyatım ola bilərdi. Amma daha çox sevgini, kiminsə çiyninə başımı qoymağı seçdim. Sevgi və ailəyə görə çox şeydən vaz keçdim. Bir aktrisa kimi teatrda özümü doğrultdum, filmdə yox. Deyirdim, filmdə gənc qızı oynamaq istərdim. Amma xalanı oynayacaq hala gəldim.

Bir qadın kimi çoxundan xoşbəxtəm, çoxundan da bədbəxtəm. Heç vaxt özümü gözəl hesab etmirdim. Mənə gözəlsən deyəndə, cavab verirdim ki, onda gözəllər nə etsin? Allah xəstəliyimlə bağlı elə şey verdi ki, qadının gözəlliyini tamamlayan bir şeyi aldı əlimdən. Uzun illər səhərlər güzgüyə baxa bilmirəm. Bir müddət həyatımdan bu hisslər çıxmışdı, xoşbəxt oyanırdım. Amma 10 ilə yaxındır ki, səhərlər aqressiv oyanıram, özümə nifrət edirəm, öz eybəcərliyimi görürəm və heç nə olmamış kimi həyata davam edirəm. İnsan gənc olanda övladın olub-olmamasını hiss etmirsən: rəfiqələrlə gəzirsən, dolaşırsan. Amma sabah tək qalanda nə olacaq? Allah anama, yoldaşıma ömür versin, amma heç kim sığortalanmayıb".

Z.Qasımova həyat yoldaşının qısqanclığından bəhs edib: