Məşhur aktyor reanimasiyaya yerləşdirildi


Şou-biznes 13 Apr 2021 15:49:00 113 0

Məşhur aktyor reanimasiyaya yerləşdirildi

Ötən gün qəfildən halı pisləşən aktyor Burak Sergen xəstəxanaya yerləşdirilib.

Son.az axşam.az-a istinadən xəbər verir ki, təcili yardım çağırılaraq tibb müəssisəsinə aparılan aktyorun analiz cavabları hər kəsi sarsıdıb.

Sergenin koronavirus testlərinin nəticəsi neqativ çıxsa da, ağ ciyərlərində infeksiya aşkarlanıb. Nəfəs almaqda çətinlik çəkən Burak təcili olaraq reanimasiyaya yerləşdirilib. Hazırda aktyorun müalicəsi həkim nəzarətində davam etdirilir.

Qeyd edək ki,  Burak Sergen "Sadakatsiz" serialında varlı iş adamı Haluk Güçlü obrazına həyat verir.