Türkiyəli məşhur aktyor reanimasiyaya yerləşdirildi


Şou-biznes 13 Apr 2021 15:19:00 123 0

Türkiyəli məşhur aktyor reanimasiyaya yerləşdirildi

Türkiyənin Kanal D telekanalında yayımlanan "Sadakatsız" serialının sevilən aktyoru Burak Sergenin dünən axşam saatlarında səhhətində problem yaranıb.

Son.az oxu.az-a istinadən bildirir ki, aktyor reanimasiyaya yerləşdirilib.

Nəfəs almaqda çətinlik çəkən 60 yaşlı aktyorun koronavirus testi neqativ çıxıb.

Burak Sergenin sosial media hesabında məşhur aktyorun səhhəti ilə bağlı açıqlama verilib:

"Burak bəyin hər iki koronavirus testi mənfi çıxdı. Ağciyərlərində infeksiya və tənəffüs çətinliyi səbəbiylə reanimasiya şöbəsində nəzarət altındadır. Xahiş edirik, həssaslıq göstərin və yalan xəbərlər paylaşmayın. Dualarını əsirgəməyin. Sevgilərlə".