Məmur işdən çıxarıldı


Dünya 13 Apr 2021 14:39:00 123 0

Məmur işdən çıxarıldı

ABŞ-da Minnesota ştatında polis tərəfindən afroamerikalının öldürülməsindən sonra Bruklin-Senterin meri Mayk Elliot şəhər menecerini işdən qovub.

Son.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Elliot "Facebook" səhifəsində yazıb:

"Bizim şəhərimizin meneceri vəzifəsindən azad edilib".

Onun səlahiyyətlərinin millət vəkilinə veriləcəyi qeyd olunur. Merin sözlərinə görə, qərar dərhal qüvvəyə minir.

Xatırladaq ki, polisin afroamerikalını güllələməsindən sonra şəhərdə etirazlar başlayıb.