Təhsil alan qızların sayı 8ci sinifdən sonra azalır Hikmət Əlizadə


Digərləri 13 Apr 2021 14:19:00 134 0

Təhsil alan qızların sayı 8ci sinifdən sonra azalır  Hikmət Əlizadə

Dünya Bankının hesabatına əsasən 130 milyon qız təhsildən kənarlaşdırılıb. Ölkəmizdə də Aran zonasında, xüsusilə Saatlı, Sabiradabda və cənub bölgəsində qızların təhsildən yayınması hallarına rast gəlinir.

Son.az xəbər verir ki, bunu ARB24 kanalında yayımlanan "Telebloq"da Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Hikmət Əlizadə deyib. O bildirib ki, ölkədə qızların iki səbəbdən təhsildən kənarlaşdırılması qeydə alınır:

"Təhsil ekspertlərinin monitorinqlərində qızların erkən nikah və təsərrüfat işlərinə cəlb olunması səbəbindən təhsildən uzaqlaşdırılması müəyyənləşdirilib. Pambıqçılıq və digər kənd təsərrüfat məhsulları istehsal olunan bəzi rayonlarda qızların 8-ci sinifdən sonra məktəbə daha az getməsi qeydə alınır. Bu gün məktəblərdə 8-ci siniflə 10-cu sinifi müqayisəli təhlil etdikdə kəskin fərqlərin meydana çıxmasının şahidi ola bilərik".

H. Əlizadə belə halların qarşısının alınması üçün müxtəlif dövlət qurumlarının və təhsil ekspertlərinin maarifləndirmə işləri aparması lazım olduğunu bildirib.