Öldürülən Gəncəli Albertin həyatı, düşmənləri...


Kriminal 13 Apr 2021 09:24:00 53 0

Öldürülən Gəncəli Albertin həyatı, düşmənləri...

Kriminal aləmdə Albert Rıjiy və Albert Gəncəli kimi tanınan Əli Heydərov bu gün Moskvada qətlə yetirilib. Onu saat 13 radələrində yaşadığı binanın idman zalında güllələyiblər.

Bu xəbəri də oxu: Bakıda dava:

Hücumda bir nəfər iştirak edib və ona atəş edilib. Sonuncu güllə onun başından vurulub və sağ qalmaq şansı qalmayıb. Killerin əlində qırmızı çanta olub. O, sakit şəkildə çantanı da götürərək hadisə yerini tərk edib. Qatil atəş açdığı "pistolet-pulemyot"u da həmin çantada gətiribmiş. Əli Müseyib oğlu Heydərov 1981-ci il fevral ayının 2-də Gəncədə anadan olub. 1996-cı ildə Azərbaycandan Rusiyaya köçüb və Arxangelskdəki Komsomolskaya mütəşəkkil cinayətkar dəstəsinə qoşulub.2000-ci ildə oğurluq, döymə və öldürmə təhdidi də daxil olmaqla bir neçə sayda cinayətdə təqsirli bilinib və ilk məhkumluğunu yaşayıb. Məhkəmə Alberti 6 il azadlıqdan məhrum edib.

Albert həbsdən çıxdıqdan sonra kriminal aləmin "general"larından sayılan "Ded Xasan"ın klanına daxil ola bilib.Bu klan tərəfindən 2002-ci ildə Sank-Peterburqda keçirilən "sxodka"da "qanuni oğru" adı alıb.

Bundan sonra Albert Gəncinki, Albert Rıjıy, Albert Arxangelsk kimi ayamalarla tanınmağa başlayıb. Ded Xasan tərəfindən Albert Rıjıy Rusiyanın Şimal-Qərb regionu üzrə "smotryayuşi" təyin edilib. Albert Ded Xasanın qətlindən sonra da klana sadiq qalıb. O, Rusiya vətəndaşı ilə evlənib və iki uşağı Arxengelskdə qeydiyyatdadır. Həmin dövrlərdə Lotu Quli Albetlə eyni klanda olmasına baxmayaraq, aralarında düşmənçilik olub. 2014-cü ildə isə Albert Rıjıya sui-qəsdlə bağlı Sankt-Peterburqda keçirilən məhkəmədə əsas sifarişçi kimi o zaman Azərbaycanda həbsdə Lotu Qulinin adının hallandırılması münasibətləri gərginləşdirib. Sifarişdə Lotu Qulinin qohumunun adının hallanması kriminal aləmin diqqətini dərhal bu mövzuya yönəltdi. Albert Rıjıy Piterdə "sxodka" keçirdi və bu qətlinin sifarişçisi kimi Qulinin adının hallandırılması geniş müzakirəyə səbəb oldu, onlar arasında münasibətləri daha da kəskinləşdirib. Bu məsələ ilə bağlı keçirilən "sxodka"da iştirak edən Aliksey Qudına (Lexa İrkutski) Albert Rıjıya sui-qəsdə həmyerlisi Qulinin adının hallanmasına etiraz edir. Qudına iddia edir ki, sui-qəsd məsələsini Albert Rıjıy özü polisdəki adamlarının dəstəyi ilə quraşdırıb. Məhkəmədə hakim sui-qəsd cəhdinin kimlər tərəfindənsə təşkil olunduğuna və hazırlandığına dair ittihamın əsassız olduğu qənaətinə gəlib. Nəticədə sui-qəsdin təşkilatçısı kimi ittiham olunan Qulinin qohumu İlham Hacıyevə tam bəraət verilib. "Muzdlu qatillər" hesab edilənlər isə bəraət aldı. O zaman Türkiyənin Ədirnə şəhərində bu "söhbətin razborkası" da qanla bitmişdi. Lotu Qulinin qardaşı Namiq Bakinski və ona yaxın digər kriminallar Albert Rıjıy arasında silahlı toqquşma baş vermişdi. Bu toqquşmada Əli Heydərovun mühafizəçisi ölmüş, özü isə canını qurtara bilmişdi. Həmin vaxt məlumat yayıldı ki, Namiq Bakinski və Lotu Qulinin digər tərəfdarları Albert Rıjıyı "qanuni oğru" titulundan məhrum ediblər. 2017-ci ilin yanvarında Albert 7 il müddətinə azadlıqdan məhrum edilib. Azərbaycanlı kriminal avtoritetin məhkəməsi Sankt-Peterbuqda iki il davam edib. Ə.Heydərov qanunsuz olaraq dövlət sərhədini keçməkdə, saxta sənəddən istifadə etməkdə və qarətlərdə günahkar bilinirdi. 2018-ci ilin martında isə artıq azadlıqda olan Lotu Quli İstanbuldan "Medvedkovo" həbsxanasında Əli Heydərova şəxsən zəng etdiyi barədə məlumat yayılmışdı. Bildirilirdi ki, Quli onun "qanuni oğru" adını əlindən aldığını bildirib. Lotu Quli Albert Rıjıya bildirib ki, o, həbsxanada "qanuni oğru" adı altında yatmayacaq. Məlumata görə, bundan sonra postsovet məkanının nüfuzlu "qanuni oğru"ları Andrey Miroyedov (Mirıç), Qiya Meoporiya (Qiya) və Saçino Qeqeçkori (Saçino) Quliylə telefon söhbətlərində Albertin "qanuni oğru" adının geri qaytarılmasını xahiş ediblər. Quli isə cavabında bildirib ki, onun verdiyi qərar əsaslıdır və geri dönüşü yoxdur. Amma Rusiya mətbuatı yazırdı ki, Albert həbsxanada "qanuni oğru" kimi tanınıb və bu məsələdə Piterli "qanuni oğru"lar ona dəstək verib. Keçən ilin yayında o, vaxtından tez azadlığa buraxılmışdı. Azadlığa buraxılan kimi isə Qulinin daha bir düşməni - Badri Koquaşvili (Kutaisili) ilə bir məclisdə videosunu yayılmışdı. Kutuzovskdakı gürcü restoranında Badrinin qızının ad günündə bir araya gəliblər. Maraqlıdır ki, Qulinin onların hər ikisinin "qanuni oğru" adına dair şübhələri olsa da, onlar birgə "Dolya Vorovskaya" mahnısını zümzümə edirdilər... Bu ilin fevralında Moskva vilayətinin Odintsovo şəhərində Albert Rıjinın 40 yaşı münasibəti ilə düzələnmiş ad günü ciddi müzakirələrə səbəb olmuşdu. Belə ki, ad gününün keçirildiyi "Ocaq" restoranına yığışan kriminal avtoritetlər "Albert" üçün sürpriz etmışduilər. Belə ki bir mərasimə dəvət olunan bir neçə artist yubiley gecəsində xüsusi təyinatlılara aid forma geyərək onun qarşısında diz çöküblər. Onların bu hərəkəti Albert Rıjının xoşuna gəlsə də, Rusiya güc strukturlarını bərk qəzəbləndirmişdi...(musavat.com)

ÜST: Reanimasiyalar doludur, like
  • 13 Apr 09:19  
Digərləri ÜST: Reanimasiyalar doludur,

Pandemiya bitməkdən çox uzaqdır, ancaq aylar ərzində görülən tədbirlə

arrow Ətraflı
Ağ Şəhərdə yağış suları kollektorlarının çəkilişi davam edir  FOTO like
  • 13 Apr 09:14  
Digərləri Ağ Şəhərdə yağış suları kollektorlarının çəkilişi davam edir FOTO

Bakı Ağ Şəhər ərazisində su təchizatı və kanalizasiya infrastrukturunu

arrow Ətraflı
18 yaşlı qız su kanalında batdı like
  • 13 Apr 09:09  
Digərləri 18 yaşlı qız su kanalında batdı

Taxtakörpü-Ceyranbatan su kanalında gənc qız batıb.

arrow Ətraflı
Aprelin 13də xarici valyutaların manata qarşı məzənnələri like
  • 13 Apr 09:04  
Digərləri Aprelin 13də xarici valyutaların manata qarşı məzənnələri

Azərbaycan Mərkəzi Bankı 13 aprel tarixindən etibarən valyuta məzənnəl

arrow Ətraflı
ABŞ ordusunun Əfqanıstandan çıxardılması planları hazırlanıb like
  • 13 Apr 09:00  
Dünya ABŞ ordusunun Əfqanıstandan çıxardılması planları hazırlanıb

Amerika qoşunlarının Əfqanıstandan çıxarılması planının müxtəlif ve

arrow Ətraflı
Gözlər və rənglər like
  • 13 Apr 08:59  
Digərləri Gözlər və rənglər

Gözlər və baxışlar mənaları ilə insana çox söz deyə bilər. Gözləri

arrow Ətraflı
Tovuzda toy mərasiminin keçirilməsinin qarşısı alınıb like
  • 13 Apr 08:58  
Digərləri Tovuzda toy mərasiminin keçirilməsinin qarşısı alınıb

Tovuz Rayon Polis Şöbəsinə (RPŞ) Aşağı Şamlıq kəndində toy mərasimi

arrow Ətraflı
Südlü ŞİRNİYYAT resepti  VİDEO like
  • 13 Apr 08:57  
Digərləri Südlü ŞİRNİYYAT resepti VİDEO

Son.az "Myfoodchannel" youtube kanalına istinadən oxucularına növb

arrow Ətraflı
Rənglər və mənaları like
  • 13 Apr 08:55  
Digərləri Rənglər və mənaları

Qırmızı rəng. Canlılıq və dinamiklik yaradır, xoşbəxtliyi təmsil edi

arrow Ətraflı
Göbələkli zakuska  VIDEO like
  • 13 Apr 08:55  
Digərləri Göbələkli zakuska VIDEO

Son.az "Myfoodchannel" youtube kanalına istinadən oxucularına növb

arrow Ətraflı
Tehran xəstəxanalarında koronavirusa yoluxanlar üçün yataq yerləri tükənib like
  • 13 Apr 08:53  
Dünya Tehran xəstəxanalarında koronavirusa yoluxanlar üçün yataq yerləri tükənib

İran paytaxtında koronavirus xəstələri üçün nəzərdə tutulmuş xəstə

arrow Ətraflı
Yad cisimlər like
  • 13 Apr 08:51  
Digərləri Yad cisimlər

Yad cisimlər adətən insanın gözünə, qulaqlarına, burnuna, tənəffüs yo

arrow Ətraflı
Ali Baş Komandan Qarabağ vədini reallaşdırdı: Azərbaycan xalqı etimadında yanılmadı like
  • 13 Apr 08:48  
Siyasət Ali Baş Komandan Qarabağ vədini reallaşdırdı: Azərbaycan xalqı etimadında yanılmadı

İlk dəfə 2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçilən İ

arrow Ətraflı
Sizin enerji sahənizin olduğundan xəbəriniz varmı? like
  • 13 Apr 08:46  
Digərləri Sizin enerji sahənizin olduğundan xəbəriniz varmı?

Bütün canlıların bioenerjisi var. Bioenerji barədə nəinki, müxtəlif din

arrow Ətraflı
Boris Conson evini kirayə verir like
  • 13 Apr 08:43  
Dünya Boris Conson evini kirayə verir

Britaniyanın Baş naziri Boris Conson Oksfordşirdəki kottecini kirayə vermə

arrow Ətraflı