Finlandiya kosmosa ilk dəfə taxta peyk göndərəcək


Dünya 12 Apr 2021 19:16:00 137 0

Finlandiya kosmosa ilk dəfə taxta peyk göndərəcək

Finlandiyanın UPM ağac emalı müəssisəsi aerokosmik şirkətlərlə birgə kosmosa ağacdan ilk peyk buraxmağa hazır olduğunu bildirib.

Son.az Trend-ə istinadən xəbər verir ki, şirkət peyki bu ilin sonunadək buraxmağı planlaşdırır.

Qeyd olunur ki, "WISA Woodsat" nanopeyki kosmik şəraitdə taxtanın davamlılığı və dayanıqlığı barədə məlumatları müşahidə edəcək.

Peyk "Arctic Astronautics" şirkəti tərəfindən hazırlanıb.