“Brilyant əl”in aktrisası evində ölü tapıldı


Dünya 12 Apr 2021 19:20:12 149 0

“Brilyant əl”in aktrisası evində ölü tapıldı

Rusiyanın teatr və kino aktrisası Serafima Xolina vəfat edib.

Son.az axşam.az-a istinadən bildirir ki, 97 yaşlı aktrisanın qızı Lyudmila Qolubiçkaya onu Moskvadakı mənzilində ölü vəziyyətdə tapıb.

Qeyd edək ki, "Brilyant əl" filmindəki diktor obrazı ilə məşhurlaşan aktrisa altsqeymer xəstəliyindən əziyyət çəkirdi. S.Xolina 2020-ci ildən görmə qabiliyyətini də itirmişdi.