“Soruşuram ki, siz kişi deyilsiniz?” Elza


Şou-biznes 12 Apr 2021 19:29:00 129 0

“Soruşuram ki, siz kişi deyilsiniz?”  Elza

Əməkdar artist Elza Seyidcahan bəzi kişi müğənnilərin ünvanına ağır ittihamlar səsləndirib. Elza xanım onları ikiüzlülükdə ittiham edib.

Son.az yenisabah.az-a istinadən xəbər verir ki, "Hüseynova bacıları" verilişinin qonağı olan Əməkdar artist səs-küylü açıqlamalar verib. 

Deyib ki, bəzi kişi müğənnilər üzdə bir, arxada başqa cür danışıralr: 

"Onlarla tez-tez ünsiyyətdə oluram. Efirdən əvvəl kiminsə arxasınca danışır, yıxıb-sürüyür. Amma verilişdə tamam başqa sözlər deyirlər. Mən də əsəbləşirəm. Soruşuram ki, bu nə hərəkətdir? Siz kişi deyilsiniz? Deyirlər ki, yox, biz kişi deyilik. Sən bizim hamımızdan kişi adamsan".