Daha 70ə yaxın jurnalist vaksinasiya olundu


Digərləri 12 Apr 2021 16:35:26 139 0

Daha 70ə yaxın jurnalist vaksinasiya olundu

Bu gün 70-ə yaxın jurnalist vaksinasiya olunub.

Son.az bildirir ki, bunu Trend-ə Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.

Ə.Amaşov bildirib ki, ümumilikdə 130-a yaxın jurnalist vaksinasiya edilib: "Vaksinasiya prosesi həftə boyunca davam edəcək. Vaksinasiya üçün müraciət edən jurnalistlərin sayı artmaqdadır. Artıq 500-ə qədər jurnalist vaksinasiya olunmaq üçün müraciət edib. Vaksinasiya olunmaq istəyən bütün jurnalistlər vaksin olunana qədər bu prosesi davam etdirəcəyik".