İran: “Natanz nüvə təsisindəki mənfur hərəkəti qınayırıq”


Dünya 12 Apr 2021 16:29:00 132 0

İran: “Natanz nüvə təsisindəki mənfur hərəkəti qınayırıq”

İran Atom Enerjisi Agentliyinin prezidenti Əli Əkbər Salihi İsfahandakı Natanz Nüvə Zavodunda baş verən hadisə ilə bağlı açıqlama verib.

Son.az modern.az-a istinadən xəbər verir ki, o, "Natanz Nüvə Təsislərinə qarşı edilən əməliyyat, ölkənin sənaye və siyasi tərəqqisini istəməyənlərin və qəddar sanksiyaların qaldırılmasına qarşı çıxanların məğlubiyyətini göstərir" deyib.

Əli Əkbər Salihi deyib ki, İran İslam Respublikası bu çirkin hərəkəti qınayarkən, beynəlxalq birliyin və Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) nüvə terrorizmi ilə mübarizə aparmalı olduğuna inanır. "İran bu hadisəni planlaşdıranlara və icraçılarına cavab vermək hüququnu da özündə saxlayır. İran İslam Respublikası nüvə sənayesini genişləndirmək və bu cür çirkin əməlləri, amansız sanksiyaları ləğv etmək səylərini ciddi şəkildə davam etdirir".

İranın İsfahan şəhərindəki Natanz Nüvə Zavodunda dünən səhər elektrik paylanmasında yaşanan hadisə səbəbindən heç bir xəsarət olmadığı və çirklənmədiyi bildirilib. Əli Əkbər Salehi bazar günü Natanz kompleksində elektrik kəsilməsinə səbəb olan "terror aktı"nda kimin günahkar olduğunu açıqlamayıb.