Xəzər İcra Hakimiyyətinin həbsdə olan baş memarının işi məhkəməyə göndərildi


Digərləri 12 Apr 2021 11:21:00 120 0

Xəzər İcra Hakimiyyətinin həbsdə olan baş memarının işi məhkəməyə göndərildi

Xəzər rayon İcra Hakimiyyətinin həbsdə olan sabiq baş memarı,Tural Zeynalovun barəsində olan cinayət işinin istintaqı başa çatıb.

Son.az Trend-ə istinadən bildirir ki, cinayət işin Xəzər rayon məhkəməsinə göndərilib.

Cinayət işi hakim Tərlan Əkbərovun icraatına verilib.

T. Zeynalova qarşı Cinayət Məcəlləsinin 178.2.3-cü(dələduzluq, qulluq mövqeyindən istifadə etməklə törədildikdə) maddəsilə ittiham elan edilib.