Bu yolda piyadaların həyatı təhlükədədir


Digərləri 12 Apr 2021 10:09:00 142 0

Bu yolda piyadaların həyatı təhlükədədir

Avtomobillər sürətlə hərəkət edir, piyadalar isə yolun bir tərəfindən digər tərəfinə keçməkdə çətinlik çəkirlər. Bir sözlə, bu yolda piyadaların həyatı təhlükədədir.

Son.az-ın xezerxeber.az-a istinadən məlumatına görə, paytaxtın Yasamal rayonu, Nəriman Nərimanov prospektində salınan parka istirahət etmək məqsədi ilə gələn vətəndaşlar,yolu keçən zaman təhükə ilə üz-üzə qalırlar. Çünki, yola piyada zolağı çəkilmədiyindən  vətəndaşlar yolu necə gəldi keçirlər. Nəzərə alsaq ki, avtomobillər bu yolda sürətlə hərəkət edir, deməli, hər an piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsinin baş verməsi qaçılmazdır.

Avtomobil yolunda piyada zolağı olmasa da, Bakı Nəqliyyat Agentliyi tərəfindən yola piyadalar üçün işıqfor quraşdırlıb. Ancaq işıqfor da işlək vəziyyətdə deyil.

Yaxınlıqda yeraltı piyada keçidi də var, lakin keçmiş "Sovetski" adlanan ərazidə abadlıq və yenidənqurma işləri aparıldığından bu piyada keçidi müvvəqəti bağlanıb.

Problemlə bağlı Bakı Nəqliyyat Agentliyinə məlumat verdik.  Qurumdan ''Xəzər Xəbər''ə bildirildi ki, yaxın günlərdə piyadaları narahat edən bu məsələ həll ediləcək. Bu məqsədlə yola piyada zolağı çəkiləcək və həmin işiqfor da işə salınacaq.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Mİlli.Az