Qazax sakini həmkəndlisi tərəfindən bıçaqlanıb


Kriminal 12 Apr 2021 07:55:00 137 0

Qazax sakini həmkəndlisi tərəfindən bıçaqlanıb

Qazaxda bıçaqlanma hadisəsi baş verib.

Son.az APA-ya istinadən bildirir ki, hadisə rayonun Şıxlı kəndində qeydə alınıb.

Kənd sakini, 1984-cü il təvəllüdlü Məmmədov Zaur Seyfəddin oğlu bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Xəstə dərhal əməliyyat olunub, vəziyyətin kafi olduğu bildirilib.

Həmkəndlisini bıçaqlayan şəxs saxlanılıb. Məlumata görə, 37 yaşlı kişini mübahisə zəminində həmkəndlisi bıçaqlayıb. 

Hadisəni törədən şəxs 1995-ci il təvəllüdlü Sənan Məmmədovdur.

O, istintaq məsuliyyətinə cəlb olunub.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.