Entoni Hopkins BAFTA mükafatına layiq görülub


Digərləri 12 Apr 2021 07:44:00 151 0

Entoni Hopkins BAFTA mükafatına layiq görülub

Britaniyalı aktyor Entoni Hopkins "Ən yaxşı aktyor" nominasiyasında Britaniya Film və Televiziya Sənətləri Akademiyasının (BAFTA) mükafatını qazanıb.

Son.az Trend-ə istinadən bildirir ki, nüfuzlu mükafatı aktyor Florian Zellerin rejissoru olduğu "Ata" (The Father, 2020) dram filmində oynadığı rola görə alıb.

Bu, ser Entonin üçüncü "Bürünc Maskasıdır". Daha əvvəl o "Kölgə Diyarları" (Shadowlands, 1993) və "Quzuların Sükutu" (1990) filmlərinə görə Britaniya akademiyasının mükafatına layiq görülub.