Bakıda avtomobilə silahla atəş açılıb FOTO


Kriminal 12 Apr 2021 07:34:00 158 0

Bakıda avtomobilə silahla atəş açılıb  FOTO

Bakının Yasamal rayonunda silahlı insident baş verib.

Son.az APA-ya istinadən bildirir ki, hadisə Yeni Yaşamal yaşayış massivində qeydə alınıb.

Əsəd Əhmədov küçəsində 99-VH-886 dövlət nişanlı "Chevrolet" markalı avtomobilə atəş açılıb. İdarəetməni itirən sürücü nəqliyyat vasitəsini dərədən aşağı aşırıb. Hadisə yerinə Yasamal Rayon Polis İdarəsi və 29-cu Polis Şöbəsinin əməkdaşları cəlb edilib.