Günün qoroskopu: Yaranan problemləri çətinlik çəkmədən həll edə bilərsiniz


Digərləri 12 Apr 2021 00:01:00 167 0

Günün qoroskopu: Yaranan problemləri çətinlik çəkmədən həll edə bilərsiniz

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Qoç - Can atdığınız məqsədə çatmaq üçün çox iş görməli olacaqsınız. Rəqiblərlə mübarizədən qalib çıxacaqsınız. Lakin unutmayın ki, itkilər qaçılmazdır. İşdə rəhbərliklə ciddi söhbət, mübahisə, fikir ayrılıqları ola bilər. İş yerini dəyişmək barədə fikirlərin yaranması istisna deyil. Hələlik bu istiqamətdə heç bir konkret addım atmayın. Maraqlı və sərfəli təklifləri gözləyin.

Günün ikinci yarısında yaxınlarınız sizi bütün işlərdə dəstəkləməyəcəklər. Özünüzə qapılmayın, bədbin olmayın. Nikbin davranın, aktiv olun.

Buğa - Çoxları diqqətinizi cəlb etməyə çalışsa da, işdən yayınmayın. Danışdığınız insanları anlamağa çalışın. Boş söhbətlərə, mənasız müzakirələrə qatılmayın. Romantik, işgüzar və ya dostluq müstəvisində yeni münasibətlər başlana bilər.

Atdığınız addıma, qəbul etdiyiniz qərara görə heyfsilənməyin. Daha təcrübəli, amma sizinlə müqayisədə özünə və qüvvəsinə daha az inanan rəqiblərinizi üstələyə bilərsiniz.

Günün ikinci yarısı ailə üzvlərindən birinin probleminin həlli, birgə fəaliyyət üçün yaxşıdır. Hamı üçün maraqlı məşğuliyyət düşünün. Səfərə yollanmaq, alış-veriş etmək olar.

Yeni bilik, informasiya və məlumatlar əldə etmək üçün əlverişli zamandır.

Əkizlər - Asan yollar, ani qələbələr aramayın. Əks təqdirdə məqsədə çata bilməyəcəksiniz. Seçdiyiniz marşrutlar keşməkeşli, çətin ola bilər. Usanmayın, durmayın, irəliləyin. Məhz bu səbəbdən bədxahlar yolunuzda sədlər və maneələr yarada bilmirlər.

Uzunmüddətli əməkdaşlıqla bağlı məsələlərin müzakirəsi, yeni iş yeri axtarmaq, ezamiyyət, təhsildə yaranmış problemləri həll etmək üçün əlverişli zamandır.

Maliyyə məsələlərində ehtiyatlı olun, alış-verişdə bədxərclik etməyin. Hansısa əşyanı almağı təklif edən adamın təkid və israrlarına fikir verməyin. Bu əşya sizə gərək deyil.

Xərçəng - Soyuqqanlı və məntiqli davranmaqla bir çox məsələlərin öhdəsindən gəlmək olar. Qətiyyətli, iradəli, inadkar olun. Hüquq və maraqlarınızı qoruyun. Bəzi məsələlərdə ifrat səbirli olsanız, uduza bilərsiniz. Hansısa şübhəli, yaxşı tanımadığınız və bələd olmadığınız insanlara görə maraqlarınızı qurban verməyin. Yaxın ətrafdakı insanlar barədə düşündüklərinizi deyə bilərsiniz. Ədalətli və qərəzsiz olun.

Günün ikinci yarısında yaxınlarınız sizi sərt tənqid edəcəklər. İnciməyin, deyilən sözlərdə faydalı ola biləcək ünsürlərə fikir verin və davranışınızda düzəlişlər edin.

Şir - Qarşınıza qoyduğunuz məqsədlər pis deyil, lakin onlara çatmaq üçün seçdiyiniz vasitələr o qədər də yaxşı deyil. Bütün bunlar münasibətlərdə ciddi problemlər yarada bilər. Kəskin zərurət və ehtiyac olmadan hiyləgərlik etməyin. Dedi-qodu yayanlar və intriqaçılardan mümkün qədər uzaq durun. Nüfuzunuzu göz bəbəyi kimi qoruyun.

Günün ikinci yarısında yaşlı qohumlarla ünsiyyət üçün vaxt tapın. Onlar uzaqda yaşamırlarsa, görüşmək üçün səy göstərin. Ailə üzvlərindən biri ilə bağlı xoş xəbər alacaqsınız.

Qız - Yaxın ətrafınızdakı insanların işlərinə gərək olduğundan artıq müdaxilə etməyin. Əks təqdirdə sizi sərtlik və aqressivlikdə suçlaya bilərlər. Bu gün nə qədər sayıq, soyuqqanlı və məntiqli olsanız, bir o qədər yaxşıdır. Maraqlı məlumatlar, informasiyalar olacaq. Dəqiq informasiya axtarırsınızsa, daha fəal davranın.

Günün ikinci yarısı fiziki əmək üçün əlverişlidir. Əhvalınız yaxşılaşacaq. Səfər və ya səyahətə yollana bilərsiniz.

Axşam saatlarında normal istirahət edin.

Tərəzi - Darıxmağa vaxt və imkan qalmayacaq. Maraqlı və faydalı işlər arayın. Yeni planların hazırlanmasında, onların tərtibatında təxəyyülünüzü işə salın. Yaxın ətrafınızdakı insanlar əhvalınızı yaxşılaşdıracaqlar. Melanxoliya və ya bədbinliyə qapılsanız, pozitiv məcraya mümkün qədər tez qayıtmağa çalışın.

İşgüzar fəaliyyət sahəsində yeniliklər və dəyişikliklər, anlaşma və sövdələşmələr üçün pis gün deyil.