Qərbdə Ermənistanın minalanmış ərazilərin xəritələrini verməkdən imtina etməsi ilə bağlı məsələ qaldırılmalıdır ukraynalı ekspert


Siyasət 11 Apr 2021 23:50:00 152 0

Qərbdə Ermənistanın minalanmış ərazilərin xəritələrini verməkdən imtina etməsi ilə bağlı məsələ qaldırılmalıdır  ukraynalı ekspert

Digər ölkələr Ermənistanın Azərbaycana minalanmış ərazi xəritələrini verməkdən imtina etməsi məsələsini Qərbdə qaldırmalıdır.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna "Kiyev-Mogilyov Akademiyası" Milli Universitetinin professoru Taras Kuzio bildirib.

O vurğulayıb ki, indi minaların partlamasından ölən insanlar hərbi deyil, mülki insanlardır və bunların üçdə biri uşaqlardır.

Professor ermənilərin iki dəfə mina qoyduğunu qeyd edib: ilk dəfə bunu işğal dövründə, ikinci dəfə isə azad edilmiş torpaqları tərk edən zaman: "Onlar qəsdən məcburi köçkünlərin geri qayıda bilməmələri üçün şərait yaratmaq istəyirdilər".

"Onlar bunu məğlubiyyətə görə qəzəbdən ediblər" - dəyə professor əlavə edib.