"Arıqlamaq müəyyən yaşa qədər mümkündür" SƏBƏB


Digərləri 11 Apr 2021 23:34:00 169 0

"Arıqlamaq müəyyən yaşa qədər mümkündür"  SƏBƏB

Artıq çəki bir çox xəstəliyin gedişatını ağırlaşdırır, ancaq pəhrizlər və digər yollarla arıqlamaq müəyyən yaşa qədər mümkündür. Bir həddən sonra arıqlamaq sağlamlıq problemlərinə yol aça bilər.

Son.az xəbər verir ki, bu barədə gerontoloq Yuri Konev xəbərdarlıq edib.

Mütəxəssis qeyd edib ki, məhdudiyyətlər insan orqanizmindəki yaşla bağlı dəyişikliklərə səbəb olur. Sürətli arıqlama üsulları metabolizmə təsir edir - gənc orqanizmlər üçün bu, problem deyil, yaşlılar üçün təhlükəli ola bilər.

"Bu barədə ümumi fikir mövcuddur ki, yaşlı insanların arıqlaması zərərli ola bilər. Maddələr mübadiləsinin dəyişikliyi fizioloji parametrlərin dəyişməsinə səbəb olur. Bu göstəricilər yaşlı insanın sağlamlığına mənfi təsir edəcək. Hər kəsə fərdi yanaşmaq lazımdır, ən azından təxminən 60 yaşa qədər arıqlamağa çalışmalısınız", - Konev "Sputnik" radiosuna müsahibəsində bildirib.