Uğurlu qadınların 12 SİRRİ


Digərləri 11 Apr 2021 22:55:00 158 0

Uğurlu qadınların 12 SİRRİ

Hər qadının uğur tərifi fərqlidir. Amma uğurlu qadınların bəzi ortaq xüsusiyyətləri də mövcuddur.

Son.az oxucularını bu xüsusiyyətlərlə tanış edir.

İşlərini ehtirasla görürlər

Ehtiras olmadan heç bir bacarıq işə yaramaz. Gördüyünüz işi sevməzsəniz, motivasiyanızı ititərə və özünüzü yeniləyə bilməzsiniz. Karyeranıza istəklə bağlansanız, işiniz sizə işgəncə kimi gəlməz.

Mükəmməllik arxasınca qaçmırlar

Mükəmməllik üçün zaman və enerji xərcləmək sadəcə bədbəxtliyə səbəb olar. Uğurlu qadınlar hər şeyi eyni anda mükəmməl edə bilməyəcəyini bilir. Qüsurlarda ilişib qalmaq həm iş potensialını azaldır, həm də zehni korlayır. Mükəmməl olma vəsvəsəsini kənara qoyun və əlinizdən gələnin ən yaxşısını edin.

Adətən, boss olurlar

Bir çox uğurlu qadın öz işinin rəhbəri olanda öz qaydalarını qoyacağını bilir. Bir şirkətdə nə qədər yüksəlsəniz, işlər o qədər asanlaşır və nəzarət sizdə olur. Bu zaman özünüz və iş yoldaşlarınız üçün daha sağlam, xoşbəxt və balanslı şərait yarada bilərsiniz.

Ya xoşbəxt evlilikləri olar, ya da heç evlənməzlər

Uğurlu qadın real münasibətin dəyərini bilir. Lider pozisiyasındakı qadınların partnyorları da onları dəstəkləyər. Bədbəxt evlilik isə onlara görə deyil.

Uğurlu olacaqlarına inanırlar

Öz uğurlarına inanmaq uğurun açarıdır. Özlərini rahat hiss edər və uğura gedən yolda rahat irəliləyərlər. Özlərinə inanmaq işin sirridir.

Riskə getməkdən qorxmazlar

Hər qadın özünə bu sualı verməlidir: heç bir qorxun olmasaydı, nə etmək istərdin? Karyerada və həyatda dəyişiklik etmək üçün arada riskə getmək lazımdır. Uğurlu qadınlar düşünmədən qərar verməzlər, ancaq hesablı şəkildə riskə getməyi bacararlar.

Uğursuzluğun uğurl əl-ələ olduğunu bilirlər