Qırğızıstanın yeni konstitusiyasına dair referendum baş tutub


Dünya 11 Apr 2021 23:10:00 138 0

Qırğızıstanın yeni konstitusiyasına dair referendum baş tutub

Qırğızıstanda yeni Konstitusiya layihəsi ilə bağlı referendumda seçici fəallığı 36,75 faiz təşkil edib.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə brifinqdə Qırğızıstan Mərkəzi Seçki Komissiyasının sədri Nurjan Şayldabekova bildirib.

Onun sözlərinə görə, qutuların 96,34 faiz məlumatların hesablanmasının nəticələrinə görə, 1 325 254 nəfər və ya 36,75 faiz referendumda səs verib:

"Bunlardan səs verənlərin 79,25 faizi yeni Konstitusiya layihəsini dəstəkləyib, 13,69 faizi əleyhinə olub".