Beynəlxalq cəmiyyət Azərbaycanın azad edilmiş torpaqlarının bərpası prosesində fəal iştirak etməlidir Ekspert
Siyasət 11 Apr 2021 20:09:00 133 0
Beynəlxalq cəmiyyət Azərbaycanın azad edilmiş torpaqlarının bərpası və reabilitasiyası prosesində fəal iştirak etməlidir.
Son.az Trend-ə istinadən bildirir ki, bunu "SouthFive Strategies" Amerika-İsrail təşkilatının prezidenti Ceyson Epşteyn deyib.
C.Epşteyn qeyd edib ki, ümumiyyətlə, azad edilmiş torpaqların bərpası və reabilitasiyası çox vacibdir. Artıq koronavirusun (COVİD-19) geri çəkilməyə başladığı üçün bu məsələlərdə irəliləmək üçün imkan var.
O həmçinin Bakıya səfəri zamanı gördüyü məcburi köçkünlərin yaxın zamanda evlərinə qayıda biləcəklərinə ümid etdiyini bildirib.
Mənbə: milli.az