Koronanın qarşısını alan 3 ucuz vasitə


Digərləri 11 Apr 2021 19:44:00 143 0

Koronanın qarşısını alan 3 ucuz vasitə

Bəzi aktiv maddələrlə hazırlanan qarqaraların COVID-19-un 99,1% nisbətində qarşısını aldığını təsdiqləyən klinik araşdırmalar var.

Son.az bildirir ki, bunu türk stomatoloq Aykan Onur Atilla deyib.

"Pandemiya zamanı insanlar ağız sağlamlığına laqeyd yanaşmamalıdır. Diş klinikalarında lazımi tədbirlər görülür və xəstələrə bununla bağlı müdaxilələr edilir. Diş həkimi olaraq öyrəndiyimiz ən vacib məsələ özümüzü və xəstələrimizi yoluxucu xəstəliklərdən qorumaqdır. Bu səbəblə pandemiya dövründə ağız boşluğumuzun qeydinə qalmalıyıq. Bunun üçün hansı tədbirlərin görülməsinin lazım olduğu məlumdur", - stomatoloq bildirib.

A.O.Atilla əlavə edib ki, 30 saniyə ərzində bəzi aktiv maddələrlə ağız boşluğunun qarqara edilməsinin koronavirusun qarşısını aldığını göstərən klinik araşdırmalar var:

"Povidon yod, hidrogen peroksid, xlorgeksidin kimi ilk müdafiə vasitələri ilə virusun ağciyərlərimizə daxil olmasını dayandıra bilərik".