Hamiləlikdə bu qidaların qəbulu təhlükəlidir


Digərləri 11 Apr 2021 15:40:00 137 0

Hamiləlikdə bu qidaların qəbulu təhlükəlidir

Sağlam övlada sahib olmaq hər bir ananın arzusudur. Körpənin inkişafındakı ən vacib faktorlardan biri isə  hamiləlik dövründə normal və düzgün qidalanmadır. Bu səbəbdən də mütəxəssislər hamiləlik zamanı müəyyən içki və qidalardan imtina etməyi tövsiyyə edirlər.

Son.az Axşam.az-a istinadən, hamiləlikdə qəbul edilən və təhlükə yaradan qidaları o cümlədən içkiləri təqdim edir:

1.Tərkibində şəkər olan qidalar istehlak edilməməlidir

Tort, pirojna, şirniyyatlar, o cümlədən "fastfood" qidalarından çox istifadə edilməməsi məsləhət görülür. Çünki bunların qəbulu sürətli çəki artımına səbəb olur. Artıq çəki isə hamiləliyi risk altına atır. Çips və bu növ qidalardan da imtina edilməlidir. Bunun əvəzinə evdə hazırladığınız qarğıdalı partlaması, fındıq, qoz və badamdan istifadə edə bilərsiniz.

2.Siqaretə son qoyulmalıdır Bəzi pəhrizli qidalarda spirtli maddələr olur. Buna görə də mütəxəssislər siqaret və spirtdən istifadəni tamamilə aradan qaldırmağı tövsiyyə edir. Hamiləlikdə alkoqol və siqaret istifadəsi körpədə ciddi sağlamlıq problemlərinə səbəb olan FAS sindromuna (anadangəlmə qüsur) gətirib çıxarır.

3.Tam bişməmiş qidaların qəbulu tövsiyyə edilmir Çiy köftələr və çiy ət kimi qidalar, parazit və infeksiya mənbəyi ola biləcəyi üçün istehlak edilməməlidir. Kolbasa və sosiska da belə qidalar kateqoriyasına daxildir.