Türk Şurasının nümayəndə heyəti bu vəhşiliklərlə yerindəcə tanış oldu


Siyasət 11 Apr 2021 14:52:00 152 0

Türk Şurasının nümayəndə heyəti bu vəhşiliklərlə yerindəcə tanış oldu

Türk Şurası çərçivəsində Azərbaycan müxtəlif tədbirlərə ev sahibliyi edir. Media sahəsində də əməşdaşlıq vacib istiqamətlərdən biridir.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Türk Şurasının informasiya və media üzrə məsul nazirləri və yüksək vəzifəli rəsmilərinin Ağdama səfərini müşayət edən Prezidentin köməkçisi Hikmət hacıyev deyib.

H.Hacıyev bildirib ki, Türk Şurasının mediaya məsul şəxslərinin toplantısı Bakıda keçirildi. Bu toplantının davamı olaraq bu səfər təşkil edildi:

"Türk dünyasının mədəni irsində böyük bir rolu olan Qarabağın mədəni irsinin Ermənistan tərəfindən işğal dövründə dağıdılmasını əyani olaraq göstərmək məqsədiylə bu səfər təşkil olundu. Türk Şurasının nümayəndə heyəti bu vandallıq, bu vəhşiliklə yerindəcə tanış olsunlar".

Son.az