Bakıda 27 yaşlı gənci ürəyindən bıçaqlayıb öldürdülər


Kriminal 11 Apr 2021 13:04:00 143 0

Bakıda 27 yaşlı gənci ürəyindən bıçaqlayıb öldürdülər

Bakıda qətl hadisəsi törədilib.

Son.az baku.ws-ə istinadən bildirir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb.

Biləcəri qəsəbəsinin Asəf Zeynallı küçəsində 1994-cü il təvəllüdlü Allahverdiyev Cavad İttifaq oğlu mübahisə zəminində ürək nahiyəsindən bıçaqlanaraq dünyasını dəyişib. Onun meyiti müayinə olunması üçün aidiyyatı üzrə təhvil verilib.

Hadisənin təfərrüatı Binəqədi rayon Prokurorluğunda araşdırılır.

Son.az